10 faiz gəlir vəd edən istiqrazların satışı başlayır - TARİX
“Met-Ak” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
13 may 2019-cu il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “METAK” MMC-nin AZ2003020271 İSİN-li, hər birinin nominal dəyəri 1000 AZN olan 3000 ədəd, sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Birjadan “ENA”ya daxil olmuş məlumata görə, istiqrazların yerləşdirilməsi 17 may 2019-cu il tarixində BFB-də birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazın növü |
Adlı, faizli, təmin edilməmiş |
Qiymətli kağızın ISIN kodu |
AZ2003020271 |
Hərraca çıxarılan həcm |
3 000 000 AZN |
İstiqrazın nominal dəyəri |
1000АZN |
Hərrac qiyməti |
1000 AZN |
İstiqrazın tədavül müddəti |
365 gün |
Faiz dərəcəsi |
10% |
Faiz ödənişləri müddəti |
Hər 1 (bir) təqvim ayından bir |
Geri satınalma şərti |
Emissiya prospektinin 14.14 bəndinə əsasən emitent tərəfindən təmin olunur |
Anderrayter |
“Unicapital İŞ” ASC |
İstiqrazların emissiya prospektini Bakı Fond Birjasının internet səhifəsində “Listinqdə olan şirkətlər” bölməsindən əldə edə bilərsiniz. (https://bfb.az/teqdimat/?s_issuer=9805)
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.