ENA+

“Toyota” və “Panasonic” “gələcəyin şəhərini” tikəcək

Yaponiyanın “Toyota” və “Panasonic” korporasiyaları yaxın vaxtlarda “gələcəyin şəhərinin” inşası ilə məşğul olacaq birgə müəssisənin qurulacağını elan ediblər.

Layihə çərçivəsində internet əşyaları qurğularını birləşdirən inkişaf etmiş kommunikasiya infrastrukturuna (IoT) malik 17 min yaşayış binasının tikilməsi planlaşdırılır.

Layihəyə “Panasonic” kompaniyasının məişət texnikası, elektronika, energetika və IoT sahələrində çalışan mütəxəssisləri, həmçinin avtomobil istehsalı sahəsində “Toyota” korporasiyasının təcrübəsi cəlb olunacaq.

“Panasonic” artıq bir neçə ildir ki, Fucisava və Sunasima “ağıllı” şəhərlərinin, həmçinin Denver və Berlində “qoşulmuş” məhəllələrin qurulması ilə məşğuldur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)