Birja

Uber-in səhmləri birjada - İLK GÜN UCUZLAŞDI

ABŞ-ın taksi çağırma proqramı Uber, həftənin son əməliyyat günündə Nyu York birjasında səhmlərini ilk dəfə satışa çıxarıb. 

"ENA.az" xəbər verir ki, ABŞ şirkətinin bazar dəyəri 82,4 milyard dollar müəyyən olunub. Şirkətin bir səhmi 45 dollardan satışa təqdim olunub. 

Lakin gün sonuna doğru şirkətin səhminin qiyməti 7,6% ucuzlaşıb və 41,57 dollardan ticarət olunub. 

Mütəxəssislər bu vəziyyətin, 2018-də 3 milyard dollar zərər edən şirkətin mənfəətə keçə biləcəyinə dair  narahatlıqlar olmasından və sərmayəçilərin buna görə təmkinli davranmasından qaynaqlandığını qeyd edirlər. 

10 il əvvəl yol çıxan Uber, son illərdə sürücüsüz texnologiyaları inkişaf etdirməyə də fokuslanmışdır. Uber-in sürücüsüz texnologiyaları inkişaf etdirmək üçün 1 milyard dollarlıq yeni bir sərmayə alıb. 

Uber-in ən yaxın rəqibi Lyft də, Aprel ayının əvvəlində birjaya çıxaraq bazar dəyərini 22 milyard dollara qaldırmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)