Sığorta

Azərbaycanda 8 sığorta şirkətinin ödənişləri artıb

Bu ilin yanvar-mart aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 8-nin ödənişləri illik müqayisədə artıb, 12-nin ödənişləri azalıb, 1 şirkət - “Naxçıvan Sığorta” ASC ötən ilin yanvar-mart aylarında ödəniş etmədiyi üçün onun ödənişlərinin dinamikasını hesablamaq mümkün olmayıb.

ENA.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət yanvarda 55 min  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 5,9 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Meqa Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri ötən 3 ayda 678 min manat təşkil edib ki, bu da illik müqayisədə 8,8% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Atəşgah Sığorta" ASC-dədir. Bu şirkət 3 ay ərzində 4,546 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 0,2% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Qala Həyat Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 88,5% azalaraq 638 min manata düşüb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)