"Kredit House" bazardan gedir
“Kredit House BOKT” MMC ləğv olunduğunu elan edib. "ENA.az" xəbər verir ki, bu barədə təşkilatın elanında bildirilir.
“Bank Olmayan Kredit Təşkilatı "Kredit House" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 609 ünvanına bildirə bilərlər.”, - elanda deyilir.
“Kredit House BOKT” 2010-cu ilin avqust ayında yaradılıb, 2011-ci ilin aprel ayında fəaliyyət lisenziyası əldə edib. Nizamnamə kapitalı 1,06 mln. manata bərabərdir. Bir qədər əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının “Kredit House”ın lisenziyasını ləğv edib.