Sosial iqtisadiyyat

"Azəriqaz" abonentlərin sayını açıqlayıb

Azərbaycanda təbii qazla təmin edilən abonentlərin sayı 2 milyon 222 min 316-ya çatıb.

“Azəriqaz” İstehsalat Birliyindən  bildirilib ki, bu ilin yanvar-aprel aylarında birlikdə əhali sektoru üzrə 38 min 62 yeni abonent qeydiyyata alınıb. Bunun 18 min 262-si Bakı, Abşeron və Sumqayıt, 19 800-ü isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasına abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması səbəb olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 222 min 316-ya çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)