"Azfinance İnvestisiya Şirkəti"nin xalis mənfəəti kəskin artıb
“Azfinance İnvestisiya Şirkəti” QSC 2018-ci ili 328 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabaıtına görə, bu, 2017-ci ilə nisbətən təxminən 130 dəfə çoxdur.
Ötən il “Azfinance”ın aktivlərin idarə edilməsindən gəlirləri 1 milyon 749 min manat, broker əməliyyatlarından gəlirləri 668 min manat, digər gəlirləri isə 734 min manat, işçi heyəti ilə bağlı xərcləri 1 milyon 727 min manat, komissiya xərcləri 116 min manat, digər əməliyyat xərcləri 912 min manat, mənfəət vergisi ödəmələri isə 68 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Azfinance”ın aktivləri 66 milyon 870 min manat olub ki, bu da illik müqayisədə 36,85% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 37,2% artaraq 65 milyon 217 min manata, balans kapitalı isə 24,85% artaraq 1 milyon 653 min manata çatıb.