Sığorta

Azərbaycanda sığorta ödənişlərinin 70%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyata keçirilmiş 46,234 milyon manat sığorta ödənişinin 32,51 milyon manatı və yaxud 70,3%-i 5 sığorta şirkətinin payına düşüb.

"ENA" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (12,489 milyon manat), "PAŞA Sığorta" (9,044 milyon manat), "Atəşgah Sığorta" (4,546 milyon manat), "Atasığorta" (3,478 milyon manat) ASC-lər və "Azərsığorta"dır (2,953 milyon manat).

3 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (1 min manat), "Bakı Sığorta" (22 min manat), "İpək Yolu Sığorta" (44 min manat), "Amrah Sığorta" (55 min manat) və "Rəvan Sığorta" (83 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 205 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,45%-i deməkdir.

Qalan 11 sığorta şirkətinin ümumi ödənişləri isə 13,519 milyon manat (29,25%) təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)