Şirkət sədri idi, indi departamentə rəhbərlik edəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin Maliyyə Departamentinin direktoru İltifat Ağayev şirkətdə müşavir vəzifəsinə təyin olunub.
Bu barədə "Azərpoçt"dan bildirilib.
Adı çəkilən departamentə rəhbərlik isə "Atasığorta" ASC-nin İdarə Heyətinin keçmiş sədri Müseyib Əliyevə həvalə edilib.