"İcraçı Kredit Agentliyi"nin kredit portfeli kiçilib
"İcraçı Kredit Agentliyi" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 8 min manat xalis mənfəətlə başa vurub.
BOKT-un maliyyə hesabatına igörə, bu, 2017-ci ilə nisbətən 33,3% çoxdur.
Ötən il “İcraçı Kredit Agentliyi”nin gəlirləri 148 min manat, o cümlədən faiz gəlirləri 44 min manat, qeyri-faiz gəlirləri 104 min manat, xərcləri 146 min manat, o cümlədən faiz xərcləri 0 manat, qeyri-faiz xərcləri 146 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 76 min manat, mənfəət vergisi ödəmələri isə 71 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “İcraçı Kredit Agentliyi”nin aktivləri 2,62 milyon manat olub ki, bu da illik müqayisədə 8,1% çoxdur. Bunun 1,904 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 4% kiçilib.
Hesabat dövründə “İcraçı Kredit Agentliyi”nin öhdəlikləri 2,9 dəfə artaraq 293 min manata, balans kapitalı isə 0,2% artaraq 2,327 milyon manata çatıb.