MALİYYƏ

Sədr: "BFB-nın dövriyyəsi 18 mlrd. manatı ötüb"

“Bakı Fond Birjası” QSC-nin (BFB) dövriyyəsi 18 mlrd. manatı ötüb.

"Bİ" xəbər verir ki, bunu BFB-nin İdarə Heyətinin sədri Vüqar Namazov Bakıda keçirilən Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda keçiriləcək beynəlxalq simpoziumdakı çıxışı zamanı deyib.

“Bu, 2015-2016-ci illərdə birgə formalaşmış dövriyyəyə bərabərdir. Hələ ki, BFB-nin fəaliyyətində dövlət qiymətli kağızlarının payı üstündür. Hazırda Birjada 5 istiqamət üzrə fəaliyyət təşkil olunur. 130-dan artıq maliyyə alətimiz var ki, bunlar da hər kəsin üzünə açıqdır”, - deyə o, qeyd edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department