Büdcədən 6 milyon manat ayrıldı - SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.
"Businessinsider.az" xəbər verir ki, sərəncamla Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması işlərinin görülməsi məqsədilə Prezidentin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 6 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.