Uşaq pulu ilə bağlı - RƏSMİ AÇIQLAMA
Elektron qaydada uşaq pulu ilə bağlı göndərdiyim məktuba Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Əminə Seyidzadə 09 aprel 2019-cu il tarixli 19630711112 nömrəli cavab məktubunda qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş müraciətinizə baxılmışdır.
Eləcə də bax: Azərbaycanda uşaq pulu bərpa edilməlidir - DEPUTATDAN AÇIQLAMA
Bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyiyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 29 oktyabr 2013-cü il tarixli 791 – IV QD nömrəli Qanunu ilə beşdən çox uşağı olan qadınlara (azı altı uşaq doğub tərbiyə edən, uşaqları sağ olan və altıncı uşağı bir yaşa çatan) sosial müavinət təyin edilməsi nəzərdə tutulmuşdur. Mövcud qanunvericiliklə beş və ya beşdən az uşağı olan qadınlara (ailəyə) müvafiq olaraq uşağa görə aylıq sosial müavinət təyin edilməsi nəzərdə tutulmamışdır.Nəzərə almağınız xahiş olunur.
Yuxarıdakılardan belə nəticə çıxarmaq olar ki, uşaq pulu verilməyəcək. Odur ki, əhali nəzərə alsın ki, uşaq pulunun verilməsi məsələsi bu məktuba əsasən nəzərdə tutulmayıb.
İqtisadçı – ekspert Rauf Qarayev