İnşaat və əmlak

Balıqartırma müəssisəsi özəlləşdirməyə hazırlanır

Vergilər Nazirliyi aprelin 26-da "D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu" MMC-ni qeydiyyatdan keçirib. Müəssisə müsabiqə yolu ilə investorlara təklif olunacaq.

SC-nin nizamnamə kapitalı 1,5 milyon manat təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hovzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin tabeliyində olan eyni adlı müəssisənin MMC-yə çevrilməsi barədə qərar bu ilin fevral ayında Dövlət Əmlak Komitəsi tərəfindən qəbul edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)