"Ziraat Bank" işçi axtarır - VAKANSİYA
“Ziraat Bank Azərbaycan” ASC İT departamentinin Proqramlaşdırma şöbəsinə Aparıcı mütəxəssis / mütəxəssis vəzifələrinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
• Texniki ali təhsil;
• Bank sektorunda iş təcrübəsi;
• 2 ildən artıq proqramlaşdırma sahəsi üzrə iş təcrübəsi;
• SQL, PL/SQL bilikləri;
• ORACLE verilənlər bazası üzərində iş təcrübəsi;
• JAVA, C, C++, C#, VISUAL PASCAL proqramlaşdırma dillərindən birini bilməli;
• Rus və ingilis dili bilikləri;
• Analitik təfəkkür;
• Alqoritmik düşüncə tərzi;
• Özgə kodu anlama bacarığı;
Əsas vəzifələr:
• Bankın istifadə etdiyi və ya istifadə etməyi planlaşdırdığı yeni dillərin və proqramlaşdırma texnologiyalarının öyrənilməsi;
• Bankda qəbul olunmuş inkişaf metodologiyasının istifadə edilməsi;
• Proqram sənədləşməsinin yaradılması və müşayiəti;
• Test zamanı müəyyən olunmuş səhvlərin düzəldilməsi;
• Məlumat emalı prosesində müxtəlif əməliyyatların yerinə yetirilməsi;
• Müvafiq proqram və avadanlıq vasitələri, məlumat bazaları və proqramlaşdırma texnologiyaları ilə kodun yazılması və proqramların sazlanması;
Göstərilən tələblərə cavab verən namizədlər may ayının 15-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində İT PROQRAMLAŞDIRMA qeyd etməyiniz vacibdir.