"Kapital Bank" işçi axtarır - VAKANSİYA
Ümumi məlumat
Kapital Bank namizədləri Strateji Layihələrin İdarə edilməsi şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Layihələrin portfelə daxil olunması üçün biznes keysləri araşdırıb rəhbərlik ilə razılaşdırmaq;
• Layihələr üzrə prioritetləri təyin edib icra vaxtlarını təyin etmək;
• Layihələrdə müşahidə olan dəyişikliləri rəsmiləşdirmək;
• Kurasıyada olan sahələr üzrə yüklülük dərəcəsini təhlil edir və müvafiq dəyişiklikləri həyata keçirmək;
• Layihə Portfeli üzrə dəyişikliklərin reyestri və sənəd arxivi aparmaq;
• Layihə portfeli üzrə büdcə və xərclərinə nəzarət etmək;
• Layihə ilə bağlı müvafiq məlumatları dəqiq və effektiv şəkildə layihə icraçılarına kommunikasiya etmək.
Tələblər
• Layihələrin idarəedilməsi metodologiyalarına aid biliklər (həm Waterfall həmdə Agile/Scrum);
• Dil bilikləri: Azərbaycan-dili/Rus-dili /İngilis-dili;
• Layihə sənədləşməsini aparmaq bacarığı;
• Layihələrdə menecer və ya koordinator vəzifəsində iş təcrübəsi (1 ildən çox);
• Layihələrin idarəedilməsinə aid sertifikatların olması arzuolunandır.
CV-lərinizi, mövzu hissəsində “Strateji Layihələrin İdarə edilməsi şöbəsinin Aparıcı mütəxəssisi” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.