"Apple"ın gəlirləri azalıb
ABŞ-ın texnologiya şirkəti "Apple"ın, 2019-cu maliyyə ilin ikinci rübündə gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq 58 milyard dollara geriləyib.
"BI" xəbər verir ki, "Apple"dən verilən açıqlamasında, ümumi gəlirlərin 61%-inin beynəlxalq satışlardan əldə edildiyi bildirilib.
Şirkətin bu dövrdəki xalis gəlirləri də eyni dövrdə 16 faiz azalma ilə 11.6 milyard dollara geriləyib.