Azərbaycandan kartofun ixracına tətbiq edilən gömrük rüsumu - LƏĞV EDİLDİ
![](https://ena.az/uploads/news/2019-04/_businessinsider_beaf8cb7791d399cf3a3c5818_o.jpg)
Bu gündən Azərbaycandan kartofun ixracına tətbiq edilən gömrük rüsumu ləğv edilib.
"Businessinsider.az"ın məlumatına görə, Nazirlər Kabinetinin 6 aprel 2019-cu il tarixli qərarına əsasən, 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramının ixracına 1 dollar gömrük rüsumu tətbiq edilib.
Qeyd edək ki, Nazirlər Kabineti daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramının ixracına 1 dollar, 31 may 2019-cu il tarixədək həm 1 kiloqram soğanın, həm də 1 kiloqram kələmin ixracına 2 dollar gömrük rüsumu tətbiq etmişdi.