Azərbaycan istehsalı 15,5 ton pomidor - SƏRHƏDDƏ SAXLANILDI
Azərbaycan istehsalı olan 15,5 ton pomidorun Rusiyanın Dağıstan Respublikasına idxalına icazə verilməyib.
Bu barədə qərarı Rusiyanın Dağıstan Respublikasının Baytarlıq və Fitosanitar Müşahidə üzrə Federal Xidməti verib.
Məlumata görə, Federal Xidmətin əməkdaşları pomidorlarda Cənubi Amerika pomidor güvəsi adlı zərərverici aşkar edib.“Belə ki, bu pomidor yükü ilə bağlı protokol tərtib edilib və Azərbaycana geri göndərilib. Pomidor güvəsi idxal edildiyi təqdirdə, 50%-dən 100%-dək məhsulu məhv edə bilərdi”, – məlumatda bildirilir.
Cənubi Amerika pomidor güvəsi ən təhlükəli zərərvericilərdən biridir və ona qarşı yüz faiz effektli mübarizə vasitəsi yoxdur. Hətta kimyəvi preparatlardan istifadə də bu zərərvericiləri tam məhv etmir. Zərərverici məhsuldarlığa ciddi ziyan vurur, pomidorun içərisinə daxil olaraq onu sıradan çıxarır.