Sosial iqtisadiyyat

Əmlak Məsələləri Dövlət Komitəsinin gəlirləri xərclərindən 20 milyon manat çox olub

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 2018-ci il üzrə maliyyə fəaliyyəti ilə bağlı hesabat yayıb. Hesabata görə, onun gəlirləri xərclərini təxminən 20 milyon manat keçib.

2018-ci ildə ƏMDK dövlət büdcəsindən 86,4 milyon manat məbləğində maliyyə alıb. Göstərilən xidmətlərə görə isə 2 milyon 944 min manat əldə edilib. Ötən il qurumun cəmi gəlirləri 89 milyon 387 min ,320 manat təşkil edib. ƏMDK bu vəsaitin bir hissəsini (69 milyon 681,4 min manatını) xərcləyib. Bunun 9,2 milyon manatı əmək haqqı və sosial müavinətlərin ödənilməsinə yönəldilib. "Digər əməliyyat xərcləri" maddələri üzrə 57,6 mln manatdan istifadə edilib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)