"İdeal Kredit" BOKT-un xalis mənfəəti 22% artıb
“İdeal Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 122 min manat xalis mənfəətlə başa vurub.
"BI" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən təxminən 22% çoxdur.
Ötən il “İdeal Kredit”in gəlirləri 816 min manat, o cümlədən faiz gəlirləri 799 min manat, qeyri-faiz gəlirləri isə 17 min manat, xərcləri 625 min manat, o cümlədən faiz xərcləri 236 min manat, qeyri-faiz xərcləri 389 min manat, xüsusi ehtiyatlara ayırmaları 35 min manat, mənfəət vergisi ödəmələri isə 34 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “İdeal Kredit”in aktivləri 3,774 milyon manat olub ki, bu da illik müqayisədə 2,5% çoxdur. Bunun 3,177 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 2,8% böyüyüb.
Hesabat dövründə “İdeal Kredit"in öhdəlikləri cüzi artaraq 2,687 milyon manata, balans kapitalı isə 9,25% artaraq 1,087 milyon manata çatıb.