Sığorta

"Atəşgah Sığorta" qoyulan qadağa - LƏĞV EDİLDİ

Bir müddət öncə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Atəşgah Sığorta" şirkətinin avtomobillərin icbari sığortası üzrə fəaliyyətini məhdudlaşdırdığı barədə qərarın aradan qaldırldığı bildirilir. Bu barədə "Atəşgah Sığorta" şirkətinin İdarə Heyəti sədrinin müavini Fuad İsmayılov bildirib.

Onun sözlərinə görə, "Atəşgah Sığorta" şirkəti ilə əməkdaşlıq edən bütün sığorta agentlikləri avtomobillərin icbari sığortası üzrə fəaliyyətlərini həyata keçirirlər: "Artıq texniki cəhətdən bu məhdudiyyət aradan qaldırlıb".

Xatırladaq ki, bir müddət öncə  MBNP "AtaSığorta" və "Atəşgah Sığorta" şirkətlərinin avtomobillərin icbari sığortası üzrə fəaliyyətini məhdudlaşdırmışdı.

 

MBNP-nın bununla bağlı yaydığı məlumatda bildirilirdi ki, "AtaSığorta" və "Atəşgah Sığorta" şirkətləri tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə bağlanmış icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa (Qanun) və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən, Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin 12 aprel 2019-cu il tarixli qərarı ilə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə "AtaSığorta" və “Atəşgah Sığorta" şirkətlərinin sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)