Zelenski Türkiyədə kabab bişirdi - Ərdoğandan ona jest - Fotolar
Ukraynada 21 aprel prezident seçkilərində qələbə qazandıqdan 6 gün sonra ailəsi ilə Türkiyəyə istirahətə yollanan Vladimir Zelenski Bodrumun Göyərçinlik məhəlləsində yerləşən beş ulduzlu otellərin birində dincəlib.
"Businessinsider.az" xəbər verir ki, o, ailə üzvləri ilə birlikdə “Marina Bistro Ocaqbaşı” restoranında nahar etdikdən sonra mətbəxə keçərək kabab bişirib. Bu anda məkana yalnız “Anadolu”nun fotoqrafı buraxılıb və ona şəkil çəkməyə icazə verilib.
Yeni prezident daha sonra mühafizəçilərin müşayiəti altında məkandan ayrılıb.
“Strana.ua” portalının yaydığı məlumata görə, Zelenski Türkiyədə olduğu iki gün ərzində prezident Rəcəb Tayyib Ərdoğanın təlimatına əsasən, mühafizəçilərlə təmin olunub.