ENA+

"İqtisadi terrora təslim olmadıq, olmayacağıq"

Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan Qərbin iqtisadi terroruna təslim olmayacaqlarını bildirib.

"Businessinsider.az" xəbər verir ki, Ərdoğan deyib:

"Ya olacağıq, ya öləcəyik, bunun başqa yolu yoxdur. Bu ilin ilk rübündə iqtisadiyyatda sabitləşmə davam edib. Göstəricilərə baxanda bütün göstəricilərin artıq müsbət istiqamətdə yüksəlişə işarə etdiyini görürük. Bir vaxt sərhədlərimizə atılan raketlər, bombalar, güllələr nəsə, son aylarda iqtisadiyyatımıza edilən hücumlar da eynisidir. Silahlı və diplomatik terrora necə təslim olmadıq, iqtisadi terrora də təslim olmadıq, olmayacağıq. Qarşımızda seçkilərin olmayacağı 4 ildən artıq bir müddət var. Ehtiyacımız olan struktur dəyişiklikləri bir-bir həyata keçirməkdə qərarlıyıq".

Görülən tədbirlərlə iqtisadi sahədə yaxşılaşma baş verdiyini bildirən Ərdoğan, "Filan xarici maliyyə qurumu belə deyirmiş.... Bunların heç birinin zərrə qədər qiyməti yoxdur. Əsl olan ölkə və millət olaraq bizim nə istədiyimiz, nə etdiyimiz, hara çatmaq hədəfimizdir. Türkiyə hər sahədə olduğu kimi, iqtisadiyyatda də elə bir ölkədir ki, buz dağı kimi görünməyən hissəsi, görünən hissəsindən daha böyükdür", - əlavə edib.

Xəbər verdiyimiz kimi, qlobal investisiya bankı "Goldman Sachs Group Inc", Türk Lirəsinin (TL) növbəti 12 aylıq dövrdə ABŞ Dolları qarşısında 15% dəyər itirəcəyi proqnozunu verib."Goldman"a görə, Dollar qarşıdakı altı ayda 6.5 TL və 12 ayda isə 7 TL  səviyyəsinə qalxa bilər. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)