Bank

Problemli kreditləri olanlara xəbər: Onları "pis kreditor" kimi tanımaq olmaz  

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov problemli kreditlərlə bağlı Maliyyə Sabitliyi Şurasının qarşısında məsələ qaldıracaq. 

"BI"-nin sualına cavab olaraq E.Rüstəmov bildirib ki, devalvasiya nəticəsində kredit tarixçələri korlanmış şəxsləri pis kreditor kimi tanımaq düzgün olmaz.

“Hesab edirəm ki, bu informasiya kimi kredit tarixçəsində qala bilər, ancaq onları pis kreditor kimi tanımaq ədalətli olmaz”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department