"Trampın İran sanksiyaları ABŞ-ı müharibəyə cəlb edə bilər"
Amerikanın "New York Times" (NYT) qəzeti, Prezident Donald Tramp hökumətinin İrana daha çox sanksiya tətbiq etməsi vəziyyətində ABŞ-ın yeni bir müharibə ilə qarşı-qarşıya qala biləcəyini yazıb.
"BI" xəbər verir ki, Qəzet, "Tramp, İrana daha çox sanksiya tətbiq etmək istəyir. Bu bizi müharibəyə sövq edə bilər" başlıqlı yazısında İrana tətbiq olunacaq sanksiyalar və mümkün təsirlərinə toxunub.
Tramp İran neftinə sanksiya tətbiq edib Çin, Hindistan, Türkiyə, Cənubi Koreya və Yaponiya kimi böyük alıcı ölkələri bu sanksiyadan 180 gün azad etmişdi. İndi də həmin ölkələrə İrandan neft idxalını dayandırması üçün təzyiq etməyə başlayıb.
"Bu provokasiyaedici sanksiyalar İranı yenidən böyük ölçüdə uranı zənginləşdirməyə və ABŞ-ın əks cavab verməsini zəruri edən amerikalılara mümkün hucuma səbəb ola, ABŞ-ı, Prezident Trampın əngəlləməyə çalışdığını dediyi yeni bir Orta Şərq müharibəsinə cəlb edə bilər".
İran ABŞ Prezident seçkilərini gözləyir
Digər tərəfdən, İran rəhbərliyinin, sanksiyalara qarşı ilk fazada Trampın yenidən Prezident seçilməyəcəyi ümidilə gələcək 18 ay ərzində gözləməyi üstün tuta biləcəyinə diqqət çəkilən məqalədə, Trampın təkrar seçilməsi vəziyyətində İranın sərt cavab verə biləcəyini, bu halda Trampın bu hücumları görməməzliyə vurmaq və ya cavab verərək yeni bir müharibənin başlaması arasında seçim etmək məcburiyyətində qalacağını iddia edib.