Kim Çen In-in Rusiya səfəri başladı
Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In Rusiyaya gəlib.
Şimali Koreya lideri Rusiyaya zirehli qatarla səfər edib. Rusiya sərhədini keçəndən sonra Kim Çen In Primorye diyarının Xasan qəsəbəsində olub, Rusiya-Koreya Dostluq Evini ziyarət edib. Dostluq evi 1986-cı ildə Koreyanın sabiq rəhbəri Kim İr Senin Rusiyaya səfəri ərəfəsində inşa edilib.
Hazırda zirehli qatar Vladivostoka doğru hərəkət edir. Kim Çen Inın aprelin 25-də Rusiya Prezidenti Vladimir Putin ilə Russkiy adasında görüşü gözlənilir.