MALİYYƏ

Depozit hərracında tələb təklifə yaxın olub

22.04.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 360,6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,45% təşkil etmişdir. 

"Businessinsider.az" xəbər verir ki, Mərkəzi Bank hibrid hərracda 350 milyon manat cəlb etməyi nəzərdə tuturdu və bu məbləği də cəlb edib. Faiz dərəcələri 7,01-8,99 faiz aralığında elan edilmişdi.

Xəbər verdiyimiz kimi, 15.04.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 336,1 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,70% təşkil etmişdi. Həmin hərracda uzun müddətdən sonra ilk dəfə tələb təklifdən aşağı düşmüşdü.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)