Elm və Texnologiya

Bazarda ilk idi, amma rəqabətdə məğlub oldu - BAĞLANIR

WhatsApp, Facebook Messenger, Telegram kimi proqramlarr həyatımızda yox ikən çox geniş istifadə edilən, ani mesajlaşma tarixinə imza atan BlackBerry Messenger (BBM) bağlanır. BlackBerry şirkəti, mesajlaşma proqramını 31 May 2019-da istifadəyə bağlayacağını açıqlayıb.

"Businessinsider.az" xəbər verir ki, BlackBerry-dən verilən açıqlamada, "Bu gün, 31 May 2019-da BBM-ni  bağlayacağımızı elan edirik. Bu günə qədər etdiklərimizdən qürur duyuruq. Ancaq böyük səylərimizə baxmayaraq, istifadəçilər digər platformalara keçdi, yeni istifadəçiləri cəlb etməkdə çətinlik çəkdik. "Salamat qalın" demək üçün təəssüflənməyimizə baxmayaraq, BBM yolun sonuna çatdı. Dəstəyiniz üçün minnətdarıq. Hər kəsə, xüsusilə istifadəçilərə, tərəfdaşlarımıza və çalışanlarımıza təşəkkür edirik" deyilir. 
 

İLK İDİ, AMMA RƏQABƏTƏ MƏĞLUB OLDU

Hələ ilk iPhone bazarda olmayan vaxt, 1 Avqust 2005-ci il tarixində istifadəyə təqdim olunan BBM, Blackberry markalı ağıllı telefonlar ilə bərabər iPhone və Android telefonlarda da istifadə edilirdi.

Əvvəl sensor ekranlı ağıllı telefonlar ilə rəqabət edə bilməyən BlackBerry, bu son qərarla indi də ən güclü tərəfi olaraq görülən mesajlaşmadan da çəkilir. 2009-da Whatsapp-ın, 2011-də Facebook Messenger-nin, 2013-ci ildə də Telegramın istifadəyə verilməsilə BlackBerry Messenger bazardakı yerini itirdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)