Sosial iqtisadiyyat

Pirallahıdakı dərman istehsalı zavodunun tikintisi sürətləndiriləcək

“İran və Azərbaycan arasında ticarət əlaqələri uğurla inkişaf edir”.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş Sənaye” MMC-nin avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməlqoyma mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.

“Bu ilin ilk 2 ayı ərzində iki ölkənin ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çox olub. Bu, çox yüksək artımdır. Bugünkü mərasim çərçivəsində İranın sənaye, mədən və turizm naziri Rza Mehmani ilə yeni layihələrlə bağlı fikir mübadiləsi apardıq”, - o deyib.

Nazir Pirallahı Sənayə Məhəlləsində təməli qoyulmuş dərman istehsalı zavodu barədə də danışıb. O deyib ki, sözügedən zavodunun tikintisi sürətləndiriləcək.

R.Mehmani isə bildirib ki, iki ölkə arasında ticari əlaqələrin inkişafı üçün böyük potensial mümkündür. Onun sözlərinə görə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən daha geniş istifadə olunmalıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)