Palatada Prudensial hesabatlıq idarəsinə rəis təyin edildi
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Makroprudensial nəzarət və metodologiya departamentin strukturuna daxil olan idarəyə yeni rəis təyin olunub.
"Businessinsider.az"ın əldə etdiyi xəbərə görə, 2019-cu ilin aprelindən başlayaraq Ataxan Həsənov Prudensial hesabatlıq idarəsinə rəis təyin edilib.
A.Həsənov MBNP-nın 2016-cı ilin avqustunda analitik kimi qoşulmuş, sonra aparıcı və baş analitik vəzifələrinə qədər yüksəlmişdir.
O, bir müddət həmçinin elə məhz MBNP-nın 2017-ci ildə lisenziyasını ləğv etdiyi “Dəmirbank” ASC-də də çalışmışdır.
Həsənov ali təhsilini Bakı Dövlət Universitetində bakalavr dərəcəsini bitirsə də magistr dərəcəsini Niderland Krallığında (Erasmus University Rotterdam) iqtisadiyyat və biznes üzrə bitirib.