Bank

"Turan Bank"ın aktivlərində kreditin payı artıb: Hesabat

“Turan Bank” 2019-ci ilin birinci rübündə əməliyyat aktivlərində 9 milyon manata yaxın artım müşhidə olunub. Əməliyyat öhdəliklərində artım isə 13 milyon manata çatır. 

Kreditlərin payı yüksəlib 

"Businessinsider.az" xəbər verir ki, “Turan Bank”ın cari ilin birinci rübündə cəmi aktivləri illik müqayisədə 1% artaraq 500 milyon 171 min manat olub. Bankın nağd vəsaitlərin həcmi 36 milyon 479 min manat, “Nostro hesablar”ın həcmi 70 milyon 888 min manat, banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlərin həcmi 41 milyon 547 min manat təşkil edib. 

Aktivlərdə diqqət çəkən məqamlardan biri bankın qiymətli kağızlara investisayalarını kəskin azaltmasıdır. Belə ki, bankın qiymətli kağızlarda olan investisyaları illik müqayisədə 7 dəfə azalaraq 3 milyon 962 min manat təşkil edib. Bankın müştərilərə verdiyi kreditin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5% artaraq 314 milyon 701 min manat olub. Bankın aktivlərində kredit portfelinin payı 62% təşkil edir. 

Digər banklar qarşısında öhdəliyin azaldıb

“Turan Bank”ın cəmi öhdəlikləri illik müqayisədə 1,1% artaraq 441 milyon 6 min manat olub. Müştərinin depozitlərinin həcmi 4,8% artaraq 235 milyon 758 min manata yüksəlib. Bankların və digər maliyyə institutlarının depozitləri və kreditləri illik müqayisədə 6 milyon 288 min manat azalaraq 202 milyon 728 min olub.

Bankın 2019-ci ilin birinci rübündə cəmi kapitalı 59 milyon 165 min manatdır.

“Turan Bank”ın cari ilin birinci rübünün mənfəət və zərər hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 7 milyon 986 min manat, faiz xərcləri 5 milyon 406 min manat, qeyri -faiz gəlirləri 664 min manat, qeyri-faiz xərcləri isə 3 milyon 687 min manat təşkil edib. Bank əməliyyatda 444 min manat zərər edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 dəfə çoxdur.

Ehtiyatını geri çəkdi, mənfəətə keçdi

“Turan Bank” 2019-ci ilin birinci rübündə əməliyyatda 444 min manat zərər etsə də, aktivlər üzrə ehtiyatlarda olan 555 min manat vəsaiti geri çəkdiyi üçün bu rübü 109 min manat xalis mənfəətlə başa vurub, halbuki ötən ilin müvafiq dövründə bank 216 min manat zərər etmişdi. 
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department