"Unibank" işçi axtarır - VAKANSİYA
Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: Bank/Risklərin idarə edilməsi
Vəzifə : Biznes kreditlərin monitorinqi bölməsinin Mütəxəssisi
Müqavilə şərtləri: Daimi
İstehlak kredit riskləri üzrə mütəxəssis
Başlıca öhdəliklər və məsuliyyətlər
• Rəhbərliyin sərəncamına/Təsdiqlənmiş planlara uyğun olaraq maliyyə, tematik və kompleksli kredit layihələrinin monitorinqi.
• Bank fəaliyyəti və nəzarət prosedurlarının təkmilləşdirilməsi üçün müstəqil tövsiyyələrin verilməsi
• Bakıda və regionlarda müştərilərə vizit edə bilmək marağı və imkanının olması
• Monitorinqin nəticələrinə əsasən rəylərin və hesabatların hazırlanması.
• Kreditləşmə layihələrinin risklərinin azaldılması, qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyyələrin verilməsi;
Namizədin Profili
• Ali təhsil (iqtisadyyat, hüquq və ya riyaziyyat sahəsində), bu sahələr üzrə olmadığı halda – kredit və ya kredit risklərin idarə edilməsi sahəsində təcrübə və ya kvalifikasiya;
• Maliyyə və ya İqtisadiyyat sahəsində minimum 1 il iş təcrübəsi;
• Analitik düşünmə bacarığı və işgüzar fəallıq;
• Stressə davamlılıq, komandada işləmək bacarığı
• Azərbaycan və Rus dili bilikləri;
• Kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin sahəvi təhlili sahəsində yüksək biliyə sahib olmalı;
• Milli və regional biznes proseslərinin tənzimlənməsi və idarəedilməsi üzrə biliklər;
• Qanunvericiliyin əsasları;
• Təcrübəli kompyuter istifadəçisi,
Göstərilən tələblərə cavab verən namizədlər https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkiylə keçid edib və vakansiyaya müraciət edə bilər.