Avtomobil

Bakıda yeni - AVTOMOBİL YOLU ÇƏKİLİR

Suraxanı rayonunun Hövsan qəsəbəsindən “Zeytun sovxozu” adlanan yaşayış sahəsindən keçməklə Zığ-Qala yeni yol infrastrukturu layihəsinin icrasına başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, layihəyə uyğun olaraq yeni avtomobil yolunun uzunluğu 2,2 kilometrdir. Buna paralel olaraq bu yoldan ayrılan və yaşayış sahəsinin mərkəzinə, həmçinin orta məktəbə kimi gedən və uzunluğu 4,4 kilometrlik 3 küçədə də tikinti işləri görülür.

Yeni yol və küçələrin 2 hərəkət zolaqlı olmaqla eni 8 metr təşkil edəcək. Ərazidə yeni yol infrastrukturu yaradıldığı üçün burada işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Hazırda yeni yol əsası inşa edilib və 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün lazımi yol nişanları və məlumatverici lövhə quraşdırılacaq, yol-cizgi və yolgöstərici, həmçinin piyada zolaqları çəkilməklə tikinti işlərinin aparıldığı ərazi boyu yeni yol infrastrukturu yaradılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)