Səhiyyə Nazirliyinin müəssisələri TƏBİB-in balansına verildi

Nazirlər Kabineti aprelin 12-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsinin (TƏBİB) balansına verilmiş səhiyyə müəssisələrinin siyahısını təsdiq edib.
8 elmi tədqiqat institutu, 18 tibb mərkəzi, 12 stasionar müəssisə, Səhiyyə Nazirliyi yanında 15 təcili yardım müəssisəsi, şəhər və rayon səhiyyə şöbələri və onların tabeliyində olan xəstəxanalar, klinikalar və tibb müəssisələri, habelə 18 təsərrüfat hesablı müəssisəsi TƏBİB-in balansına verilib.
Azərbaycanda 2020-ci ilin Yanvarından ölkə üzrə icbari tibbi sığortanın tətəbiqinə başlanacağı gözlənilir.