"Expressbank" işçi axtarır - VAKANSİYA
Vəzifə: Biznes xidməti üzrə mütəxəssis/aparıcı mütəxəssis (Bakı,Xaçmaz və Qusar filialları üzrə)
Tələblər:
- Ali iqtisadi təhsil;
- Hüquqi şəxslərə xidmət (əməliyyat) səhəsində minimum 1-3 ilə qədər iş təcrübəsi;
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
- Diqqət, çeviklik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı;
- Qüvvədə olan bank qanunvericiliyini və normativ hüquqi aktları bilməsi;
Vəzifə öhdəlikləri:
- Hüquqi şəxslərə hesabların açılması və aparılması;
- Müştərilərin hesabları üzrə hesablaşma kassa əməliyyatlarının həyata keçirilməsi.
Biz sizə nələr təklif edirik:
- Azərbaycanın aparıcı banklarının birində iş;
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Stabil əmək haqqı;
- Tibbi sığorta;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri.
- Yüksək motivasiya.
E - mail : cv@expressbank.az