“Morgan Stanley”dən “Facebook”la bağlı - MƏNFİ PROQNOZ
“Morgan Stanley” bankının məlumatına görə, cari il ərzində sosial şəbəkə Avropadan 3 milyon istifadəçisini itirib.
Yaxın gələcəkdə “Facebook” 1 milyon avropalı istifadəçisini itirə bilər. Buna səbəb isə cari ilin mayın 25-də Avropada şəxsi məlumatların qorunması haqqında qanunun (General Data Protection Regulation-GDPR) qəbul edilməsi səbəb ola bilər.
"Bİ" bu barədə “Campaign” “Morgan Stanley”in araşdırmasına istinadən xəbər verir. Kredit təşkilatı qeyd edir ki, qanunun qüvvəyə minməsi ilə bağlı olaraq, “Facebook” Avropalı istifadəçiləri şəbəkənin istifadəçisi olmağı davam etdirmək üçün onların məlumatlarının şəbəkədə yığılmasına razı salmalı olacaq.
“Morgan Stanley”in araşdırmasına görə, ikinci rübdə Avropadan 3 milyon istifadəçi “Facebook”dan ayrılıb. Elə buna görə, birinci yarımillikdə “Facebook”un Avropalı auditoriyası 282 milyon insandan ibarət idi.
“Campaing” yazır ki, iyulda ticarət gedişinin bağlanmasından sonra “Facebook”un səhmlərinin qiyməti 20% aşağı düşüb. Buna baxmayaraq şirkətin cari ilin ikinci rübü ilə bağlı hesabatında da qeyd olunduğu kimi reklamlardan gəlirlər 42% artıb, 13,23 milyard dollara yüksəlib.