Vakansiyalar

"Sinteks Group of Companies" işçi axtarır - VAKANSİYA

Vəzifə öhdəlikləri:

• Ödəniş cədvəllərinin hazırlanması, yenilənməsi və pul vəsaitlərinin hərəkətinin planlaşdırılması ilə əlaqədar işləri təşkil etmək 
• Pul vəsaitlərinin hərəkəti planınına uyğun olaraq qısamüddətli və uzunmüddətli perspektivdə şirkətin maliyyə ehtiyaclarını müəyyən etmək və planlaşdırmaq
• Maliyyələşdirmə prosesinə nəzarət etmək, valyuta risklərini nəzarətdə saxlamaq və Maliyyə Menecerinin mütəmadi olaraq və zəruri hallarda məlumatlandırılmasını təmin etmək
• Pul vəsaitlərinin idarə edilməsi proseslərini daimi təkmiləşdirmək və optimallaşdırmaq
• Xəzinədarlıq üzrə kompleks təhlillər aparmaq
• Maliyyə bazarları və pul axını ilə bağlı bazar araşdırması və proqnozlaşdırmada iştirak emtək
• Bütün yerli və beynəlxalq bank və nağd köçürmələrinin uçotunun düzgün və vaxtında aparılmasına nəzarət etmək 
• Pul vəsaitlərinin hərəkəti və bank çıxarışı ilə üzləşdirmə hesabatlarını nəzərdən keçirmək, səhv və düzəliş ehtiyaclarını müəyyən edib düzəltdirmək və təsdiqləmək 
• Xəzinədarlıq şöbəsinin kadrlarını idarə etmək, müvafiq tapşırıqlar vermək və müvafiq hesabatları yoxlayaraq təsdiq etmək

Namizədə qoyulan  tələblər:

• Maliyyə və mühasibatlıq sahəsində rəhbər vəzifələrdə (baş xəzinədar, aparıcı xəzinədar, aparıcı mühasib, qrup rəhbəri və s.) 1 (bir) ildən az olmayaraq iş təcrübəsinə malik olmaq 
• Valyuta risklərinin proqnozlaşdırılması və idarə edilməsi ilə əlaqədar biliklərə malik olmaq 
• Beynəlxalq və ümumqəbuledilmiş uçot prinsiplərinə uyğun olaraq mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanmasına dair biliklərə malik olmaq 
• Azərbaycan Respublikası vergi, əmək və bank qanunvericiliyi və digər əlaqədar qanunvericiliyə dair biliklərə sahib olmaq
• Microsoft Office proqramlarında (xüsusi ilə MS Excel) yüksək səviyyədə işləmə bacarığına malik olmaq 
• 1C Proqramında işləmə təcrübəsinə malik olmaq arzu olunandır.
• e-gov.az, e-taxes.gov.az və digər dövlət və qeyri-dövlət portallarından istifadə biliklərinə malik olmaq
• İdarəçilik qabiliyyətinə malik olmaq
• Öz vəzifə öhdəlikləri çərçivəsində mürəkkəb xarakterli hesabatların hazırlanmasını bacarmaq
• Korporativ təqdimat malik olmaq
• Yüksək korporativ ünsiyyət, komanda ilə işləmək və komanda quruculuğu bacarığına malik olmaq 
• Tapşırıqlarla əlqədar və komanda daxili müxtəlif xarakterli işgüzar problemləri həll etmək bacarığına malik olmaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@sinteks.com e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Xəzinədarlıq üzrə qrup rəhbəri” qeyd etmələri xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)