Xəzərdə 50 yük maşını daşıya bilən gəmi işləyəcək
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda hazırlanan iki "Ro-Pax" tipli gəminin istismara verilmə tarixi məlum olub.
Bu barədə məlumatı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev Gəmiçiliyin 160 illik yubileyinə həsr olunan tədbirdə deyib.
O bildirib ki, "Ro-Pax" tipli gəmilərdən birinin gələn ilin sentyabr ayında, digərinin isə 2020-ci ilin yanvar ayında istismara verilməsi planlaşdırılır. Uzunluğu 154,5 metr, eni 17,7 metr olan bu gəmi-bərələr 56 vaqon və ya 50 yük maşını, 100 sərnişin daşıya biləcək.
R.Vəliyev qeyd edib ki, son beş ildə gəmiçiliyin donanması 20-dən çox yeni gəmi ilə möhkəmləndirilib.