"Commerzbank"dan Türk Lirəsi xəbərdarlığı
Türkiyənin Xəzinə və Maliyyə Naziri Berat Albayrakın dünən açıqladığı yeni islahat paketinə etiraz və xəbərdarlıqlar edilir.
"Businessinsider.az" xəbər verir ki, "Commerzbank", Türk Lirəsinin yaxın aylarda zəifləyəcəyini təxmin edir.
"Dolar/TL məzənnəsində yaxın aylarda yuxarı istiqamətli bir artım olacağını təxmin edirik",- Commerzbankdan bildirilib.
Commerzbank, Albayrakın ərzaq tədarük zənciri mövzusunda dünən ortaya qoyduğu islahatın, yüksək inflyasiya ilə mübarizədə kifayət etməyəcəyini düşündüklərini bildirib.
Commerzbank, Bank balanslarındakı müəyyən problemli kreditlərin xüsusi bir "pis bank" və ya təşəbbüs fonduna köçürülməsi planının "faydalı" ola biləcəyinə toxunub.
LİRƏ UCUZLAŞIB
Bakı vaxtı ilə saat 14:35-ə olan məlumata görə, Dollar/TL məzənnəsi 0,8% artımla 5.7263 səviyyəsinə qalxıb.