ENA+

Ərdoğan Putindən endirim istəyib

BOTAŞ-ın satdığı təbii qazda xərcini qarşılaması üçün qiymətin artırılması ehtiyacı ortaya çıxarkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya səfərində Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə təbii qazda qiymət endirimini gündəmə gətirib. Digər tərəfdən, bir BOTAŞ rəsmisi, "Hazırda BOTAŞ-ın qaz alış və satış qiymətlərinin bərabər gəlməsi üçün satış qiymətinin 60% artırılması lazımdır. Əlbəttə belə bir artım məqbul deyil" deyib.

"BI" xəbər verir ki, "Reuters"ə məlumat verən rəsmilər, Rusiyadan Türkiyəyə satılan təbii qazda 10%-dən az olmayacaq şəkildə endirim edilməsinin mümkün olduğu qeyd edilib.

Mövzu haqqında məlumata malik bir mənbə, "Endirim tələbi Ərdoğanın səfəri əsnasında gündəmə gəlib. Rusiya bu endirim tələbini qiymətləndirəcək. Bir endirimin olması mümkündür və bu 10%-dən aşağı olmaya bilər" şəkildə danışıb.

Rusiyanın təbii qaz şirkəti "Qazprom"un İcraçı direktoru dünən jurnalistlərin Türkiyənin təbii qaz qiymətində endirim tələb edib-etmədiyi barədə sualına cavab verməmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)