Azərbaycanda sığorta ödənişlərinin 71%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyata keçirilmiş 33,116 milyon manat sığorta ödənişinin 23,473 milyon manatı və yaxud 70,9%-i 5 sığorta şirkətinin payına düşüb.
"BI" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (9,35 milyon manat), "PAŞA Sığorta" (5,758 milyon manat), "Atəşgah Sığorta" (3,371 milyon manat), "Atasığorta" (2,508 milyon manat) və "Atəşgah Həyat Sığorta" (2,486 milyon manat) ASC-lərdir.
2 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (1 min manat), "Bakı Sığorta" (21 min manat), "Amrah Sığorta" (38 min manat), "İpək Yolu Sığorta" (41 min manat) və "Rəvan Sığorta" (43 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 144 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.
Qalan 11 sığorta şirkətinin ümumi ödənişləri isə 9,499 milyon manat (28,7%) təşkil edib.