Bank

“Bank VTB Azərbaycan”ın rəhbərliyində - YEN TƏYİNATLAR

“Bank VTB Azərbaycan” ASC-nin Müşahidə Şurası Bankın İdarə Heyətinin (İH) yeni tərkibini təsdiqləyib.

BI” bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, “Bank VTB Azərbaycan”ın Korporativ biznesin inkişafı departamentinin rəhbəri Yasin Cəlilov və Pərakəndə biznesin inkişafı departamentinin rəhbəri Dmitri Qalaşev İH-nin üzvləri təyin olunublar.

Y.Cəlilov “Beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə “Xəzər” universitetini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib, Azərbaycan Dövlət Neft Akademiyasında magistr dərəcəsi alıb. Həmçinin, 2015-2018-ci illərdə Böyük Britaniyanın “Warwick Business School” ali məktəbində MBA dərəcəsi üzrə təhsilini davam etdirib. 1996-cı ildən bank sahəsində çalışır, “Azərbaycan Beynəlxalq Bankı” ASC-də rəhbər vəzifələrdə işləyib. 2018-ci ildən “Bank VTB Azərbaycan”ın Korporativ biznesin inkişafı departamentinə rəhbərlik edir. O, İH-nin üzvü kimi korporativ biznesə, o cümlədən kiçik və orta sahibkarlarla iş, məhsulların hazırlanması, eləcə də təhlil və hesabat kimi istiqamətlərə nəzarət edəcək.

D.Qalaşev isə “Mühəndis-iqtisadçı” ixtisası üzrə Kostroma texnoloji universitetini bitirib. “VTB” qrupunda 2004-cü ildən, “Bank VTB Azərbaycan”da isə 2017-ci ildən çalışır. O, İH-nin üzvü kimi pərakəndə biznenə, o cümlədən bank məhsullarının satışı, şəbəkə və müştəri xidmətlərinin inkişafı, eləcə də bankın pərakəndə müştərilərinə məsafəli xidmətin göstərilməsi kimi istiqamətlərə nəzarət edəcək. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)