ENA+

Famil Sadıqov “Qazprom”da yüksək vəzifəyə təyin olundu

Azərbaycanlı Famil Sadıqov Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədr müavini təyin olunub.

"BI" “TASS”a istinadən xəbər verir ki, o, maliyyə-iqtisadi blokuna rəhbərlik edəcək. Ona qədər bu vəzifəni Andrey Kruqlov icra edib.

Sadıqov 2009-2019-cu illərdə “Qazprombank”ın İdarə Heyətinin sədrinin müavini, bundan əvvəl isə Federal Xəzinədarlığın rəhbər müavini, Rusiya vergilər və rüsumlar nazirinin müavini olub.

Qeyd edək ki, F.Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)