Rəsmi

Prezident kənd təsərrüfatı texnikasının və yük vaqonlarının birgə istehsalını müzakirə edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"BI" xəbər verir ki, görüşdə neft maşınqayırması, kənd təsərrüfatı texnikasının və yük vaqonlarının birgə istehsalı, helikopterlərin servis mərkəzinin yaradılması, dərman istehsalı və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Bu gün Bakıda Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumu keçirilib. Forumda  60-dan artıq Rusiya şirkəti iştirak edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)