MALİYYƏ

Problemli kreditlə bağlı reyestrdə adınız və ya məbləğ niyə yoxdur? - AÇIQLAMA

Problemli kreditlərlə bağlı kompensasiyaların ödənişinə aprelin sonunda başlanacaq və mayın sonunda proses yekunlaşacaq. Bağlanmış banklarla bağlı ödənişləri isə Azərpoçt həyata keçirəcək. 

"Businessinsider.az" xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Orxan İsmayılov, adını siyahıda tapmayan və ya “Sizin kreditinizlə bağlı məlumat araşdırılır” cavabını alanlarla bağlı vəziyyətə aydınlıq gətirib.

Onun sözlərinə görə, əgər vətəndaşın adı siyahıda çıxmırsa, bu o deməkdir ki, 2015-ci il 21 fevral və 21 dekabr tarixlərində baş verən devalvasiyalarda həmin şəxsin götürdüyü kredit qalığının məbləği 10 min dollardan çoxdur və fərman ona şamil edilmir. Həmin şəxsə kompensasiya düşmür, ona görə də siyahıda adı yoxdur. 

Eləcə də bax: Ən aşağı kredit faizləri hansı banklardadır? - SİYAHI

Elə hallar da var ki, kompensasiya hesablanmır, ancaq 1 mart 2019-cu il tarixinə kredit borcu 10 min dollar və ya 17 min manat təşkil edir, onlar restruktrizasiya olunacaq. Yəni, şəxsi vərəqədə ona kompensasiya “0” göstərilsə də, restruktrizasiya ilə bağlı hissədə məbləğ göstərilir.  

Bankın borcunu müqavilədə adı olmayan şəxs ödəyibsə, bu halda konpensasiya ilə bağlı məsələ rəsmi borcalan ilə qeyri-rəsmi ödəyici arasında həll olunmalıdır. 

Eləcə də bax: Problemli kreditlərlə bağlı daha bir - VİDEO YAYIMLANDI

Zaminlər isə vəziyyət isə hüquqi şəkildə öz həllini tapacaq, çünki fərmandan sonra zaminlərin ödədiyi pulu geri tələb etmək hüququ yaranıb. 
Adı siyahıda olan, lakin kompensasiya məbləği göstərilməyən şəxslərə gəlincə, bu qrup şəxsi əhatə edir və bir neçə günə tam həllini tapacaq.

Qeyd edək ki, ekspert Vüqar Bayramovun açıqlamasına görə, bu vəziyyət bankların siyahısında bəzi borcalanlarla bağlı məlumatların Mərkəzi Kredit Reyestri ilə üst-üstə düşməməsindən qaynaqlanır. Ona görə də bu rəqəmlərin dəqiqləşdirilməsi prosesi gedir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department