Sığorta

İcbari Sığorta Bürosunun rəhbərliyində - DƏYİŞİKLİK

“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Azər Allahverdi oğlu Əliyev “İcbari Sığorta Bürosu” nun Himayəçilər Şurasına yeni sədr təyin edilib.  Bu barədə şirkətdən bildirilib. 

“Bildiyiniz kimi “Atəşgah” SŞ artıq 5 ildir ki, İcbari Sığorta Bürosunun üzvüdür. İnanıram ki, bu yeni təyinat həm respublikamızda fəaliyyət göstərən sığorta şirkətlərinin, həm də büronun işlərinə öz müsbət töhfəsini verəcək. Bu vəzifəni icra etdiyim müddət ərzində ölkəmizdə icbari sığorta sisteminin sabitliyi və inkişafının təmin edilməsi yolunda bütün gücümü səfərbər edəcəyəm.”, - deyə Azər Əliyev bildirib.

Eləcə də bax: Sığortanın problemləri barədə hesabat Prezidentə və Vitse-prezidentə göndəriləcək

İcbari Sığorta Bürosu, ali idarəetmə orqanı -  Himayəçilər Şurası və icra orqanı olan İcraçı direktor tərəfindən idarə olunur. Şura üzvlərinin tərkibinə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının iki nümayəndəsi, iştirakçı sığortaçıların isə üç nümayəndəsi daxildir.

Qeyd edək ki, Azər A. Əliyev bir müddət öncə Azərbaycan Sığortaçılar Assosasiyası İctimai Birliyinin sədri vəzifəsinə təyin olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)