“AGBank” səhmdarlarını yığıncağa çağırdı
07 iyun 2019-cu il tarixində “AGBank” ASC səhmdarlarının Ümumi Yığıncağı keçiriləcək.
"Businessinsider.az" Bankın elanına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. İdarə Heyətinin 2018-ci il üzrə hesabatı
2. Audit Komitəsinin hesabatı
3. Bankın maliyyə nəticələrinin təsdiq edilməsi
4. Bankın nizamnaməsinə dəyişiklərin təsdiq edilməsi (nizamnamə kapitalının artması və “Banklar haqqında” AR qanununda edilmiş dəyişiklər ilə əlaqədar)
5. Bankın nizamnaməsinin yeni redaksiyasının təsdiq edilməsi
6. Bankın İdarəetmə Orqanlarının əsasnamələrinin təsdiq edilməsi (“Banklar haqqında” AR qanununda edilmiş dəyişiklər ilə əlaqədar)
Yığıncaq bankın Cəlil Məmmədquluzadə küç. 102A ünvanında yerləşən binasında keçiriləcəkdir.