Ali Məhkəmədə "Bank Standart" əmanətçilərinin şikayətinə baxılacaq
Aprelin 17-də Ali Məhkəmədə "Bank Standart"dan əmanətlərinin qaytarılmasını tələb edən əmanətçilərin şikayətinə baxılacaq.
Bu barədə əmanətçi Arzu Səmədova deyib.
Onun 60 min dollar həcmində əmanəti "Bank Standart" müflis olub ləğv olunduğunu elan edəndən sonra qaytarılmayıb.