İqtisadiyyat Nazirliyi sahibkarlar üçün yeni mərkəz və qaynar xətt yaratdı
"Sahibkarlara xidmət və Biznes inkubasiya" mərkəzi fəaliyyətə başlayıb.
"Businessinsider.az" xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov yeni yaradılan mərkəzin əhəmiyyətindən danışıb. Həmçinin tədbirdə mərkəzin fəaliyyət istiqamətləri, sahibkarlara və startapçılara müasir informasiya texnologiyalarından istifadə etməklə göstərilən xidmətlər barədə məlumət verilib.
"Sahibkarlara Xidmət" mərkəzində müasir informasiya-komunikasiya imkanlarından istifadə etməklə sahibkarların müraciətlərinin operativ şəkildə cavablandırılması üçün (012 310 23 00) yaradılıb.
"Biznes İnkubasiya" mərkəzi vasitəsilə sahibkarlıq fəaliyyətina başlamaq istəyən təşəbbüskar, innovativ ideyası olan gənclərə dəstək veriləcək, startapçıların ideyalarının reallaşdırılması üçün lazımı şərait yaradılacaq.
Bir sıra yeniliklərlə yanaşı, sahibkarlar sayt vasitəsi ilə Fonda video müraciət edə bilərlər. Saytın həmçinin, mobil versiyası da yaradılıb.